YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Azərbaycanda sosial infrastruktur quruculuğu uğurla davam edir

«Ölkəmizdə həyata keçirilən sosial siyasət əhalinin rifahının daha da yüksəlməsinə xidmət edir. Bu baxımdan, 2017-ci il bir sıra cəhətləri ilə əlamətdar oldu». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında sosial sahədə əldə olunan uğurlar haqda ətraflı məlumat verildi. Onun sözlərinə görə, əsas məqamlardan biri yeni iş yerlərinin açılmasının davamlı xarakter daşımasıdır.

«Belə ki, ötən il ərzində  221 min yeni iş yeri açılıb ki, onların 177 mini daimidir. Dövlət başçısı bu göstəricini yüksək qiymətləndirib. Digər mühüm məqam ondan ibarətdir ki, ötən ilin yekunlarına görə Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Bütün bunlarla yanaşı, Azərbaycanda sosial infrastruktur quruculuğu da uğurla davam edir və 2017-ci ildə də bu istiqamətdə mühüm işlər görülüb. Dövlət başçısının vurğuladığı kimi ötən il ölkəmizdə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Eləcə də, bu dövrdə 30 tibb müəssisəsi tikilib və əsaslı təmir edilib. Ötən il 116 min ailəyə ünvanlı sosial yardım verilib ki, bu da 400 mindən çox insanı əhatə edir. bu yaxşı göstərici olsa da, qarşıda duran hədəf ondan ibarətdir ki, belə ailələr özünüməşğulluq proqramına cəlb edilsin. Çünki bu proqram nəticəsində həmin insanların məşğulluğu təmin olunmaqla özlərinin yaşayış səviyyəsini yüksəldə biləcəklər»-deyə, komitə sədri vurğulayıb.