YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: İşğalçı öz adı ilə çağırılmalıdır

«ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü qurumun Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar prosesinin intensivliyini qoruyub saxlamasının göstəricisidir». Bu fikri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, görüş barədə həmsədrlərin bəyanatı görüşdə həssas məqamlara toxunulduğunu təsdiqləyir. Onun sözlərinə görə, həmsədrlər problemin həllində etimad mühitünün formalaşdırılmasını gündəmə gətirib və hesab ediblər ki, danışıqlar prosesinə birbaşa təsir edən cəhət məhz etimad mühitinin yaranması ilə bağlıdır.

«Bəyanatda  diqqəti cəlb edən əsas məqamlardan biri ATƏT sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsi məsələsidir. Məqsəd odur ki, ATƏT-in şəxsi nümayəndəsinin ofisinin işçilərinin sayı artırılsın, atəşkəsin qorunub saxlanılması məsələsində monitorinq aparmaq imkanı daha da artsın. Bu addım prosesdə status-kvonun qorunub saxlanılmasına xidmət edir. Bununla yanaşı, bəyanatda münaqişənin təsirinə məruz qalmış ərazilərə qiymətləndirmə missiyasının göndərilməsi ilə bağlı məsələlər gündəmə gəlib. Təəssüf ki, burada da həmsədrlər işğal sözünü işlətmirlər. Hesab edirəm ki, bu, yanlış yanaşmadır. İşğalçı öz adı ilə çağırılmalıdır»-deyə, deputat qeyd edib.