YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əkbər Hacıyev: Qaz itkilərinin qarşısının alınması üçün bundan sonrada lazimi tədbirlərin görülməsi davam etdiriləcəkdir

““Azəriqaz” İB tərəfindən ötən il  kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri davam etdirilib”. Bu fikirləri “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru  Əkbər Hacıyev deyib.

Ə.Hacıyev bildirib ki, respublika ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması və istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidənqurulması məqsədi ilə 2017-ci ilin yanvar-dekabr ayları ərzində görülmüş məqsədyönlü işlər öz müsbət nəticəsini göstərmişdir.

“Respublika ərazisində kənd və qəsəbələrin, yeni yaşayış massivlərinin qazlaşdırılması, eləcə də yeni istehsal təyinatlı obyektlərin istismara verilməsi abonentlərin sayının və təbii qaza olan tələbatın artmasına səbəb olmuşdur. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində ötən il ərzində 2016-ci il ilə müqayisədə Birliyin qaz təchizatı şəbəkəsində qazın itkisi azalmışdır. Qaz itkilərinin qarşısının alınması üçün bundan sonrada lazimi tədbirlərin görülməsi davam etdiriləcəkdir”-deyə, Baş direktor vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv