YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Beynəlxalq birlik işğalçını sülhə məcbur etməlidir

«Beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verilən bəyanatların arxasında ciddi fəaliyyət dayanmaması təəssüf doğurur». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, həmsədrlər dəfələrlə münaqişənin həlli istiqamətində nikbin bəyanatlar verirlər. Amma bu yöndə əməli addımlar atılmır. Onun sözlərinə görə, Ermənistanın danışıqları imitasiya etməsi səbəbindən irəliləyiş əldə etmək mümkün olmur.

«Bu yaxınlarda həmsədrlər və xarici işlər nazirləri görüşdülər. Həmsədrlərin bəyanatı yenə də əvvəlki bəyanatlardan elə də fərqlənmir.   Bu mənada hesab edirəm ki, bizə konkret nəticə lazımdır. Beynəlxalq qurumlar təcavüzkar Ermənistan dövlətini sülhə məcbur etməlidir. Biz onlardan yalnız bunu gözləyirik. Münaqişənin həllində beynəlxalq hüquq normaları bərqərar olunmalı və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələri icra edilməlidir»- deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.