YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdəki Azərbaycan Evi Fransada keçirilən forumda ölkəmizi təmsil edib

Parisdə fəaliyyət göstərən Azərbaycan Evi Fransa paytaxtının nüfuzlu bələdiyyələrindən biri olan Paris 16-ci bələdiyyə dairəsində təşkil olunmuş assosiasiyalar forumunda ölkəmizi təmsil edib.

Təşkilatın forumda iştirakı Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə reallaşıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, 100-dək nüfuzlu təşkilat, qurum, həmçinin yüzlərlə insanın iştirak etdiyi assosiasiyalar forumunda Paris Azərbaycan Evi öz təqdimatı ilə iştirakçıların böyük marağına səbəb olub.

Tədbirdə Heydər Əliyev Fondunun nəşr etdirdiyi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənətindən bəhs edən broşürlər, kitablar, milli xalça nümunələri və digər əl işləri nümayiş olunub, qonaqlar milli şirniyyatlarımızdan dadmaq imkanı qazanıblar.

Tədbir zamanı bələdiyyənin mədəniyyət işləri üzrə rəhbəri Henna Sebbah Azərbaycan Evinin nümayəndələrini təbrik edib, gələcəkdə birgə mədəni layihələr həyata keçirmək imkanları haqqında danışıb.

Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva bələdiyyə rəsmisinə Azərbaycana aid kitab, suvenir və əl işləri təqdim edib.