YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Azərbaycanın Dünya İqtisadi Forumunun hesabatında növbəti dəfə yüksək qiymətə layiq görülməsi uğurlu iqtisadi siyasətin nəticəsidir

«Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət regional və qlobal miqyasda müstəqil Azərbaycanın nüfuzunun artması ilə nəticələnib. Bunun nəticəsidir ki, Azərbaycanın inkişafı, sosial-iqtisadi sahədə qazandığı uğurlar beynəlxalq səviyyəli nüfuzlu reytinq agentliklərinin hesabatlarında da yüksək dəyərləndirilir». Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Niderlandın nüfuzlu ING maliyyə holdinqi kimi qurumlar Azərbaycanda gedən müsbət prosesləri müxtəlif indikatorlar üzrə dəyərləndirərək yüksək qiymətə layiq görüblər. Onun sözlərinə görə, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda 12 indikatordan doqquz indikator üzrə mövqeyini yaxşılaşdıran respublikamız reytinq cədvəlində daha iki pillə irəliləyərək 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini yenə də qoruyub saxlayıb.
«Respublikamız nüfuzlu Dünya İqtisadi Forumunun (DİF) hesabatında növbəti dəfə yüksək qiymətə layiq görülüb. Belə ki, Azərbaycan 2018-ci ildə Dünya İqtisadi Forumunun ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yeri tutub. Builki hesabatda Azərbaycan yalnız Litva və Macarıstandan geri qalaraq, yeddi mümkün baldan 4,69 bal alıb. Nüfuzlu Dünya İqtisadi Forumunun Azərbaycanda gedən prosesləri növbəti dəfə yüksək dəyərləndirməsi ölkəmizin müsbət reallıqlarını əks etdirir. Dünya İqtisadi Forumunun ənənəvi inklüziv inkişaf indeksində Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına təsir göstərən fundamental amillərdən biri, heç şübhəsiz ki, ölkəmizin davamlı inkişaf göstəriciləri, inklüziv iqtisadiyyat quruculuğuna güclü siyasi iradə göstərilməsi ilə bağlıdır»-deyə, T.Rzayev vurğulayıb.