YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Ermənistanın cəzasızlıq hiss etməsi növbəti cinayətlərin baş verməsinə yol açır

«Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh prosesində səmimi deyil». Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, Yerevan sadəcə danışıqları uzatmaq taktikasını seçib. Onun sözlərinə görə, Ermənistan işğal altında olan Azərbaycan torpaqlarından öz xeyri üçün istifadə etməyə çalışır, hətta oraya xarici şirkətləri cəlb etmək istəyir.

«Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı birmənalı mövqeyi mövcuddur. Bu mövqe ondan ibarətdir ki, istənilən prosesin bir çərçivəsi, müddəti olduğu kimi danışıqlar prosesinin də çərçivəsi və müddəti var. Azərbaycan münaqişənin tezliklə və sülh yolu ilə həllini istəyir. Amma Ermənistan müxtəlif bəhanələrlə sülh prosesini uzadır. Ermənistanın cəzasızlıq hiss etməsi növbəti cinayətlərin baş verməsinə yol açır, beynəlxalq hüquq normalarına  əhəmiyyət verməməsinə gətirib çıxarır»-deyə, deputat qeyd edib.