YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: İnkluziv İnkişaf İndeksində Azərbaycanın inkişaf etməkdə olan ölkələr arasında 3 -cü yer tutması böyük uğurdur

«Azərbaycan Dünya İqtisadi Forumunun illik “İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında üçüncü yerə yüksəlib. Hazırda dünyada iqtisadi inkişafın və sosial bərabərsizliyin aradan qaldırılmasının əsas göstəricisi məhz İnkluziv İnkişaf indeksidir». Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, milli gəlirlərin bölüşdürülməsindəki inkluzivlik bütovlükdə ölkənin dayanıqlı iqtisadi inkişafına və sosial təsisatların güclənməsinə səbəb olur. Onun sözlərinə görə, 2016-cı ildə qəbul edilmiş Strateji Yol Xəritələrində də əsas hədəflərdən biri kimi Azərbaycanda inkluziv inkişafa nail olunması göstərilir.

«2018-ci ilin dövlət büdcəsi xərclərinin 33%-nin sosial xərclərə səfr edilməsi büdcə xərclərnin inkluzivliyinin artrılmasına hesablanmışdır. Eyni zamanda, ölkədə internet infrastrukturunun inkişafı, əhalinin 80%-dən çoxunun internetdən istifadə etməsi, ASAN Xidmət mərkəzlərinin sayının artırılması, mobil ASAN Xidmətin fəaliyyətinin intensivləşməsi, Kiçik və Orta Sahibkarlar üçün çoxsaylı proqramların qəbul edilməsi, 2000-dən çox ailə təsərrüfatlarının yaradılması kimi tədbirlər də Azərbaycanda İnkluziv İnkişafı gücləndirmişdir. Bütün bunların nəticəsi kimi Dünya İqtisadi Forumununun İnkluziv İnkişaf İndeksində Azərbaycanın inkişaf etməkdə olan ölkələr arasında 3 -cü yer tutması böyük uğurdur»-deyə, deputat vurğulayıb.