YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: İnkişafın Azərbaycan modeli beynəlxalq müstəvidə yüksək qiymətləndirilir

«Bu gün Azərbaycan dövləti çoxsaylı alternativ neft-qaz ixracı ilə bağlı nəql marşrutlarına malikdir. Bu isə ölkəmizin müstəqilliyinin qorunması, onun iqtisadi təhlükəsizliyi üçün çox güclü amil deməkdir». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, Azərbaycan dövlətinin müəyyən etdiyi inkişaf strategiyasında prinsipial məqamlardan biri də ondan ibarətdir ki, neft məqsəd yox, vasitədir. Odur ki, qeyri-neft sektorunun daha sürətli inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdi və bu da öz müsbət nəticələrini verir.

«Azərbaycan dövləti yaxın və uzaq gələcək üçün iqtisadi inkişaf strategiyasında aqrar sektorun daha davamlı inkişafını nəzərdə tutub. Azərbaycan qlobal dünya böhranı dövründə səylərini ölkədə maliyyə sabitliyinin qorunmasına yönəldib. Prezident İlham Əliyev tərəfindən təsdiq edilən dövlət proqramlarında müəyyənləşdirilmiş istiqamətlər- ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması, regionlarda sahibkarlığın maliyyə təminatının artırılması, istehsal resursları və kadr potensialı haqqında məlumat bazasının yaradılması, infrastrukturun inkişaf etdirilməsi, dövlət-özəl sektor münasibətlərinin inkişafı, sahibkarların hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi və sahibkarlara texniki yardımın genişləndirilməsi üzrə işlər uğurla davam etdirilir. Bu gün dünyanın aparıcı siyasətçiləri, dövlət xadimləri, ekspertləri ölkəmizin dinamik inkişafını, qlobal dünya layihələrində iştirakını, cəmiyyətdə əldə olunmuş konsensusu, iqtisadi inkişafla sosial tərəqqi arasında tarazlığın yaradılmasını, müstəqil dövlətin inkişafının Azərbaycan modelini fərqləndirən vacib keyfiyyətlər kimi qiymətləndirirlər»-deyə, komitə sədri vurğulayıb.