YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Azərbaycan tərəfi sülh prosesinin əsas elementi kimi erməni hərbi birləşmələrinin torpaqlarımızdan çıxarılmasında görür

«Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində status-kvonu qəbulolunmaz hesab edir». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, Azərbaycan tərəfi sülh prosesinin əsas elementi kimi erməni hərbi birləşmələrinin torpaqlarımızdan çıxarılmasında görür. Onun sözlərinə görə, tərəflər arasında etimad mühtinin yaranmasında bu vacib amildir.

«Əgər Ermənistan həqiqətən sülh tərəfdarıdırsa, işğal etdiyi ərazilərdən geri çəkilməlidir və dinc insanlar öz yurdlarına qayıtmalıdırlar. Bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar davam etdirilməlidir. Nazirlərin və həmsədrlərin  Krakov görüşündə ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisindəki şəxsi heyətin artırılması ilə bağlı razılaşma əldə olunduğu bildirilir. Əslində, atəşkəs rejimini qorumaqdan daha çox, erməni silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılması üzərində işləmək lazımdır. Çünki işğalçılar o torpaqlarımızdan çıxarılsa atəşkəsin pozulmasına ehtiyac qalmayacaq»- deyə, deputat qeyd edib.