YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Azərbaycan və Koreya arasında dostluq əlaqələri dərin köklərə malikdir

Yanvarın 24-də Milli Məclisin sədri Oqtay Əsədov Koreya Milli Assambleyasının üzvü, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Li Myonq Sunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri Oqtay Əsədov ölkələrimiz arasındakı dostluq əlaqələrinin tarixindən danışıb. Bildirib ki, Azərbaycan və Koreya arasında dostluq əlaqələri dərin köklərə malikdir. Münasibətlərimizin genişlənməsində dövlət başçılarının rolunu xüsusi vurğulayan sədr bu səfərlərin əlaqələrimizin inkişafına xüsusi töhfə verdiyini qeyd edib. O ümidvar olduğunu söyləyib ki, bu səfər də münasibətlərimizi dərinləşdirmək baxımından əhəmiyyətli olacaq. Oqtay Əsədov, həmçinin parlamentlərarası əlaqələrdən də söhbət açıb və bu əməkdaşlığı yüksək qiymətləndirib.

Qonaqlara ölkəmizin təşəbbüsü ilə həyata keçirilən nəhəng beynəlxalq layihələr barədə də məlumat verilib.

Koreya Milli Assambleyasının üzvü, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Li Myonq Su Azərbaycanda müxtəlif sahələrin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirib. O deyib ki, müxtəlif sahələrdə qarşılıqlı təcrübə mübadiləsi ikitərəfli əməkdaşlığa töhfə verəcək.

Görüşdə ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyəti və onun daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv