YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Dünyada siqaretdən imtina sağlamlıq və ekoloji məsələ olmaqla yanaşı, həm də bir mədəniyyət məsələsinə çevrilib

«Qəbul edilən qanun siqaret çəkənlərə qarşı diskriminasiya kimi yox, çəkməyənlərin hüquqlarını qorumaq, uşaq, yeniyetmə və gənclərin tütünsüz mühitdə böyüməsini təmin etmək məqsədi daşıyır. Bu qanunun hədəfi 30-40 il siqaret çəkən vətəndaş deyil. Bu qanunun hədəfi təzə dünyaya gələn körpə və uşaqlar, yeniyetmə və gənclər, yeni nəsildir». Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, dövlət vətəndaşların sağlam həyata qayıtması və ətrafdakıları da zəhərli tüstü vasitəsilə passiv siqaret çəkməyə məcbur edənlərini düşünərək hər cür addım atmağa hazırdır. Bununla birlikdə son vaxtlar dünyada siqaretdən imtina sağlamlıq və ekoloji məsələ olmaqla yanaşı, həm də bir mədəniyyət məsələsinə çevrilib.

«Başqa sözlə desək, tütün istehlakının məhdudlaşdırılması dünyanın gündəmində olan məsələdir və Milli Məclisin qəbul etdiyi qanun da cəmiyyətin sosial sifarişindən doğub. Əslində cəmiyyətin buna hazır olması çox vacib bir məsələdir. Hər ailədə bir, ya iki nəfər siqaret çəkən varsa, siqaret çəkməyənlərin sayı ondan daha çoxdur. Ona görə də şüuru, düşüncəsi olan hər kəs ilk növbədə öz ailəsi, ətrafdakılar haqqında düşünməli və sosial məsuliyyətini dərk etməlidir”»- deyə, M.Quliyev qeyd edib.

DİGƏR Xəbərlər Arxiv