YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nərimanov rayon təşkilatı növbəti ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının  “700 min ağac əkək" kampaniyası çərçivəsində və YAP Nərimanov rayon təşkilatının yaranmasının 25 illiyi münasibəti ilə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 54 ünvanında yerləşən yaşıllıq zolağında növbəti aksiya həyata keçirilib.  

"700 min ağac əkək" kampaniyası çərçivəsində ekoloji mühitin sağlamlaşdırılması məqsədilə həyata keçirilən ağacəkmə aksiyasında təşkilatın fəal gəncləri iştirak ediblər. Aksiyada 150-dən çox şam və müxtəlif növ digər ağac və kollar əkilib, ərazidə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Partiya üzvlərinin sayına müvafiq olaraq 700 mindən artıq ağac əkilməsini nəzərdə tutan bu möhtəşəm kampaniyanın əsas vəzifəsi ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması məqsədinə xidmət etməklə, eyni zamanda insanların səfərbər edilməsi və həmrəyliyinin yüksəldilməsi anlamına töhfə vermiş olacaq.