YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Sumqayıt şəhər təşkilatı «700 min ağac əkək» kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar YAP Sumqayıt şəhər təşkilatı «700 min ağac əkək» kampaniyası çərçivəsində Sumqayıtda növbəti ağacəkmə aksiyası keçirib. Aksiyada YAP Sumqayıt şəhər təşkilatının şura üzvləri, YAP Sumqayıt şəhər təşkilatı Qadınlar Şurasının və YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin üzvləri və partiya fəalları iştirak ediblər. Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində ayrılmış ərazidə xeyli sayda həmişəyaşıl və dekorativ ağaclar, kollar əkilib, ərazidə təmizlik işləri aparılıb və tinglər suvarılıb.

Keçirilən ağacəkmə aksiyası ilə bağlı fikirləri bölüşən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, YAP Sumqayıt şəhər təşkilatının keçirdiyi aksiya da partiyamızın 25 illiyi ilə bağlı tədbirlərin tərkib hissəsidir. R.Hüseynov «700 min  ağac əkək» kampaniyasının  2018-ci ilin aprel ayına qədər davam edəcəyini, şəhərin müxtəlif yerlərində ağac və bəzək bitkiləri əkiləcəyini deyib. Qeyd olunub ki, bu kampaniya Sumqayıtda yaşıllığın genişləndirilməsinə, ekoloji durumun daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək.