YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Hacıqabul rayon təşkilatı növbəti ağacəkmə kampaniyası keçirib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibəti ilə “700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Hacıqabul rayon təşkilatı və Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin birgə təşkilatçılığı ilə növbəti ağacəkmə kampaniyası keçirilib.

Aksiyada YAP Hacıqabul rayon təşkilatının şura üzvləri, partiya rayon təşkilatının Qadınlar şurasının və Gənclər Birliyinin üzvləri iştirak ediblər. Kampaniya çərçivəsində 2000 ədəd ağac əkilib. Qeyd olunmalıdır ki, Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibəti ilə “700 min  ağac əkək” kampaniyası çərçivəsində YAP Hacıqabul rayon təşkilatının ümumilikdə 5000 ədəd ağac əkilməsi nəzərdə tutulur. Artıq bu günə kimi ilkin olaraq birinci mərhələdə 1000, ikinci mərhələdə isə 2000 ağac, ümumilikdə 3000 ağac əkilib. Növbəti mərhələdə isə daha 2000 ağacın əkilməsi nəzərdə tutulur.