YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Pirallahı rayon təşkilatı «700 min ağac əkək» kampaniyası çərçivəsində növbəti yaşıllaşdırma aksiyasını həyata keçirib

YAP Pirallahı rayon təşkilatı «700 min  ağac əkək» kampaniyası  çərçivəsində növbəti  yaşıllaşdırma aksiyasını   həyata keçirib. "700 min ağac əkək" kampaniyası çərçivəsində ekoloji mühitin sağlamlaşdırılması məqsədilə həyata keçirilən ağacəkmə aksiyasında təşkilatın fəal gəncləri iştirak ediblər. Aksiyada 200-dən çox şam və müxtəlif növ digər ağac və kollar əkilib, ərazidə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

700 mindən artıq ağac əkilməsini nəzərdə tutan bu möhtəşəm kampaniyanın əsas vəzifəsi ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması məqsədinə xidmət etməklə, eyni zamanda insanların səfərbər edilməsi və həmrəyliyinin yüksəldilməsi anlamına töhfə vermiş olacaq. 

DİGƏR Partiya xəbərləri Arxiv