YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycanda dövlət siyasətinin əsas prioriteti insan amilidir

«Prezident İlham Əliyev neftdən gələn gəlirləri insan kapitalına çevirmək siyasətini uğurla reallaşdırmaqla yanaşı, əhalinin sosial rifahının və yaşayış səviyyəsinin yüksəldilməsi üçün də tarixi əhəmiyyətli addımlar atır. Maaş, pensiya və digər istiqamətli təqaüdlərin artırılması, yeni iş yerlərinin açılması ilə yanaşı cəmiyyətdə xoşagəlməz hallarında aradan qaldırılması üçün də lazımi addımlar atılır. “ASAN Xidmət”in yaradılması da buna əyani sübutdur». Bunu yap.org.az saytına Yeni Azərbaycan Partiyası  Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanın təbii qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətinin təmin edilməsi, habelə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin yerinə yetirilməsi zamanı müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsi prosesi ilə bağlı bir sıra xidmətlərin operativlik, şəffaflıq və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinin təşkili məqsədi ilə imzaladığı “Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesinin daha səmərəli təşkili ilə bağlı tədbirlər haqqında” Fərmanı da sözügedən konteksdə təqdirəlayiqdir. Onun sözlərinə görə, Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair hüquqların əldə edilməsi prosesinin daha səmərəli həyata keçirilməsi üçün bir sıra xidmətlərin dövlət və ya bələdiyyə orqanları tərəfindən mobil “ASAN xidmət” nəqliyyat vasitələri ilə səyyar formada göstərilməsi təşkil ediləcək.

«Bütün bu kimi tədbirlər birbaşa olaraq, Azərbaycan Respublikası vətəndaşlarının daha rahat və operativ xidmətlərlə əhatələnməsinə yönəlib. Bu bir daha sübut edir ki, Azərbaycanda dövlət siyasətinin əsas prioriteti insan amilidir»- deyə, S.Vəliyeva vurğulayıb.