YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Dərin sosial-iqtisadi islahatların həyata keçirilməsi, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, əhalinin rifah halının yüksəldilməsinə imkan vermişdir

“Azərbaycan Respublikasında dərin sosial-iqtisadi islahatların həyata keçirilməsi, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində dövlət proqramlarının və infrastruktur layihələrinin uğurla reallaşdırılması yoxsulluq və işsizlik kimi ağır problemlərin səviyyəsinin minimuma endirilməsinə, əhalinin rifah halının yüksəldilməsinə imkan vermişdir. Enerji resurslarından əldə edilən gəlirlər, ilk növbədə, iqtisadiyyatın şaxələndirilməsinə, insan kapitalının və iqtisadi potensialın inkişafına yönəldilmişdir. Aparılmış islahatlar nəticəsində ölkəmizin ümumi daxili məhsulunda qeyri-neft sektorunun həcmi ildən-ilə artır, sahibkarlığın genişlənməsi üçün yaradılmış əlverişli mühit özəl bölmənin fəaliyyətinə müsbət təsir göstərir və çoxsaylı yeni iş yerləri açılır.” Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının beşinci qurultay iştirakçılarına ünvanladığı təbrikində yer almışdır.