YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Tərtər rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində 7 min ağac əkib

Yeni Azərbaycan Partiyasının “700 min  ağac əkək”” kampaniyası çərçivəsində YAP Tərtər rayon təşkilatının təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib.

Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tərtər Rayonun Buruc-Hüləbətli kəndləri ərazisində yerləşən meşə zolağının daha 2.5 hektar sahəsində 3 min ədəd ağac əkilib. Beləliklə, YAP rayon təşkilatı ümumilikdə meşə zolağında 7 min ədəd ağacın əkinini başa çatdırıb.

Ağacəkmə kampaniyasında iştirak edən YAP fəalları,  rayonun idarə, müəssisə və təşkilatların şəxslər aksiyada fəal  iştirak ediblər.