YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Davamlı inkişaf məqsədləri” adlı konfrans təşkil olunacaq

Sentyabrda Bakıda “Davamlı inkişaf məqsədləri” adlı konfrans təşkil olunacaq.

Bu barədə fevralın 14-də BMT-nin İnkişaf Proqramının (BMTİP) təşkilatçılığı ilə keçirilən “İnteqrasiya, sürətləndirmə və siyasət dəstəyi” hesabatı üzrə məsləhətləşmə seminarında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycan “Bakı prinsipləri”nin qəbulunda maraqlıdır: “Biz bu barədə müzakirələr aparmışıq və qərara alınıb ki, “Bakı prinsipləri” qəbul olunsun. Bundan sonra dünyada qəbul edilən daha təkmil sənədin qəbuluna nail olacağıq”.

Seminarda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, BMTİP-in Azərbaycandakı rezident nümayəndəsinin müavini Alessandro Frakassetti və Azərbaycanın müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edir.

 

DİGƏR Xəbərlər Arxiv