YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Fevralın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Əvvəlcə MSK katibi Arifə Muxtarova Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin təsdiq olunmasına dair məsələ barədə məlumat verib. Qeyd edib ki, namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2018-ci il fevralın 9-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Komissiya qərara alıb ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin namizədliyi təsdiq edilsin.

Sonra namizədliyi irəli sürülmüş daha dörd nəfərin namizədliyi qeydə alınıb.

Daha sonra Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydəalınması barədə məsələyə baxılıb. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov və həmin partiyanın icra katibinin müavini Mübariz Qurbanlı səlahiyyətli nümayəndələr, icra katibinin müavini, deputat Siyavuş Novruzov isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınıblar.

Namizədliyi qeydə alınmış digər dörd namizədin də səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi də müzakirə olunub.

İclasda cari məsələlərə də baxılıb.

 

DİGƏR Xəbərlər Arxiv