YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəri Counz: "Şahdəniz-2"dən ilk qazın hasilatına dair işlərin 99 faizi tamamlanıb

"Şahdəniz-2" yatağından ilk qazın hasil olunması üzrə işlərin 99 faizi yekunlaşıb.

Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.

O bildirib ki, BP Cənub Qaz Dəhlizinin tərkibinə daxil olan 4 layihədən 2-sinin - “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələrinin operatorudur və bu layihələr üzrə işlər qrafikə uyğun gedir. "Şahdəniz-2" yatağından ilk qazın hasil olunması üzrə işlərin 99 faizi artıq tamamlanıb. Yataqdan ilk qaz hasilatı bu ilə planlaşdırılır. Layihənin icrası zamanı təhlükəsizliyin təmin olunması, ətraf mühitin qorunması səyləri təqdirəlayiqdir.