YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə YAP-ın namizədi üçün imzatoplama kampaniyasına start verilib

Kürdəmirdə 11 Aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən irəlü sürülmüş namzədin müdafiəsi üçün imzatoplama kampaniyasına start verilib.  YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli bildirib ki, seçki qərargahı növbəti mərhələyə start verib.

Bu günə qədər partiyamızın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlara uyğun olaraq müvafiq mərhələlər üzrə nəzərdə tutulan işlərin uğurla həyata keçirildiyini söyləyən Ağali Kərimli deyib ki, Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin müdafiəsi üçün imzatoplama kampaniyasına cəlb olunmuş partiya fəalları bu mərhələni də uğurla başa vuracaqlar.