YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Antonio Lopes-İsturiz: Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq səviyyədə dəstəklənməsi getdikcə artır

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov fevralın 16-da Budapeştdə Mərkəzçi Demokrat İnternasionalın (IDC-CDI) baş katibi Antonio Lopes-İsturiz ilə görüşüb.

Əli Əhmədov Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin genişlənməsinə və güclənməsinə xüsusi əhəmiyyət verdiyini qeyd edib və Mərkəzçi Demokrat İnternasionalın üzvü olan YAP-ın bu təşkilatda fəaliyyətinə dəstək verdiyinə görə baş katibə təşəkkürünü bildirib.

Baş katib Antonio Lopes-İsturiz Azərbaycanın IDC-CDI-in İcra Komitəsinin illik iclasında yüksək səviyyədə təmsil olunmasını təqdirəlayiq hal kimi dəyərləndirib və təşəkkürünü bildirib. Azərbaycanın bir çox məsələlərdə ədalətli mövqeyinin beynəlxalq səviyyədə dəstəklənməsinin getdikcə artdığını vurğulayan baş katib IDC-CDI-in ölkəmizdə tədbirlərinin keçirilməsinin vacibliyini bildirib.

Azərbaycanın beynəlxalq tərəfdaşları ilə hər zaman səmimi və strateji münasibətlərin qurulmasına önəm verdiyini qeyd edən Əli Əhmədov Mərkəzçi Demokrat İnternasionalın tədbirlərinin ölkəmizdə keçirilməsinə YAP tərəfindən yetərli dəstəyin veriləcəyini ifadə edib.

Əli Əhmədov və Antonio Lopes-İsturiz Yeni Azərbaycan Partiyası ilə Mərkəzçi Demokrat İnternasionalın gənclər təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Baş nazirin müavini Əli Əhmədov Mərkəzçi Demokrat İnternasionalın baş katibi Antonio Lopes-İsturizi Azərbaycana səfərə dəvət edib.