YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yevlax rayon təşkilatı imzatoplama kampanyasını uğurla davam etdirir

YAP Yevlax rayon təşkilatı 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikası prezidentliyinə namizədi cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi məqsədilə seçici imzalarının toplanması prosesinə başlayıb.  Fevralın 17-də YAP Yevlax rayon təşkilatının seçki qərargahının 40 nəfərdən çox imzatoplayan fəalı rayonun 48 saylı Yevlax, 49 saylı Yevlax-Mingəçevir Seçki Dairələri üzrə yaşayan sakinlərin imzalarını toplamaq üçün işə başlayıb.

İmza toplayan fəallar Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq formalaşıb. Onlar hər bir seçici ilə fərdi qaydada görüşür, söhbət aparır, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında məlumatları qeyd edərək vətəndaşın imzasını alırlar.

Məlumat üçün bildiririk ki, YAP Yevlax rayon təşkilatı sıralarında 8713 nəfər partiya fəalını birləşdirir. Ərazidə iki dairə 57 məntəqə 57600 nəfərdən cox seçici mövcuddur. İki dairə üzrə cəmi 1150 imza toplanacaq.