YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkir rayonunda imzatoplama kampaniyasında yüksək fəallıq müşahidə edilir

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin müdafiəsi üçün Şəmkir rayonunda imzatoplama kampaniyası uğurla həyata keçirilir. Kampaniyaya start verilməzdən öncə imzatoplayan fəallara treninq keçirilib. İmzatoplamanın qaydaları bir daha izah edilib, müvafiq təlimat və tapşırıqlar verilib.

Fevralın 17-də isə Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının fəalları rayonda yerləşən 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd və 100 saylı Şəmkir-Daşkəsən seçki dairələri üzrə tələb olunan sayda imza toplayıblar.
Yüksək aktivlik şəraitində baş tutan prosesdə Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının 23-dən artıq fəalı iştirak edib. Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev imzatoplama kampaniyası ilə əlaqədar bildirib ki, seçicilər kütləvi şəkildə imzatoplama kampaniyasında iştirak ediblər.