YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sumqayıt şəhər təşkilatı seçici imzalarının toplanması prosesini uğurla həyata keçirir

YAP Sumqayıt şəhər təşkilatı 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikası prezidentliyinə namizədi cənab İlham Əliyevin namizədliyinin müdafiəsi məqsədilə seçici imzalarının toplanması prosesini uğurla həyata keçirir.

Qeyd edək ki, YAP Sumqayıt şəhər təşkilatında prezident seçkiləri ilə əlaqədar 19 nəfərdən ibarət Seçki Qərargahı, 33 nəfərdən ibarət imzatoplama qrupu yaradılıb. İmzatoplama qrupunun üzvləri Sumqayıt şəhəri 41 saylı birinci seçki dairəsi, 42 saylı ikinci seçki dairəsi, 43 saylı üçüncü seçki dairəsi və 44 saylı Sumqayıt-Xızı seçki dairələri üzrə yaşayan sakinlərin imzalarını toplamaq üçün fəaliyyətini davam etdirirlər.