YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçınlılar imzatoplama kampaniyasında fəal iştirak edirlər

Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan prezidentliyinə namizədliyi irəli sürülmüş YAP Sədri, Prezident İlham Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına start verilib. Kampaniyanın başlanması ilə əlaqədar  YAP Laçın rayon təşkilatının seçki qərərgahında  iclas keçirilib. İclasda çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, seçki qərargahı növbəti mərhələyə start verib. Bu günə qədər partiyamızın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlara uyğun olaraq müvafiq mərhələlər üzrə nəzərdə tutulan işlərin uğurla həyata keçirildiyini söyləyən İlqar İlyasov deyib  ki, Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin müdafiəsi üçün imzatoplama kampaniyasına cəlb olunmuş partiya fəalları bu mərhələni də uğurla başa vuracaqlar.

YAP Laçın rayon təşkilatının seçki qərərgahından verilən məlumata görə laçınlılar imzatoplama kampaniyasında fəal iştirak edirlər.