YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı imzatoplama kampaniyasını uğurla davam etdirir

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan prezidentliyinə namizədliyi irəli sürülmüş YAP Sədri, Prezident İlham Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyası Ağcabədi rayonunda da uğurla davam edir.

Kampaniyanın başlaması ilə əlaqədar YAP Ağcabədi rayon təşkilatının seçki qərargahında müşavirə keçirilib. Müşavirədə kampaniyada iştirak edəcək qərargah üzvləri və partiya fəallarına proses haqqında məlumat verilib, imzatoplama zamanı diqqət yetiriləcək qaydalar nəzərə çatdırılıb.
Daha sonra YAP Ağcabədi rayon təşkilatında yaradılmış seçki qərargahında fəaliyyət göstərən mobil qruplar rayonda yerləşən seçki dairələri üzrə imzatoplama kampaniyasına başlayıblar. Kampaniya çərçivəsində diqqət çəkən əsas məqamlardan biri rayon seçicilərinin böyük məmnuniyyətlə öz imzalarını partiyamızın namizədinin xeyrinə verməsidir.