YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə rayon təşkilatı imzatoplama prosesini uğurla başa çatdırıb

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində YAP-ın Azərbaycan Respublikası Prezidentliyinə namizədi cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi məqsədilə seçici imzalarının toplanması prosesini uğurla həyata keçirib.

Fevralın 17-də imzatoplama prosesi başlanıb. Prosesin ilk günündə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya seçki qərargahının toplantısında prezident seçkilərinin rayonda tam demokratik və seçki qanunvericiliyinə uyğun şəkildə aparılması üçün qərargah üzvlərinin  üzərinə düşən məsuliyəti diqqətə çatdırıb, imzatoplama prosesinin yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, fevralın 17-də qərargah üzvlərinin iştirakı ilə imzatoplayanlara imza vərəqələri paylanılıb. 23 nəfər imza toplayan YAP fəalı 93 saylı Bərdə şəhər, 94 saylı Bərdə kənd seçki dairələri üzrə müəyyən olunmuş dislokasiyaya əsasən imza toplamağa başlayıblar.

İmza toplayan fəallar Seçki Məcəlləsinin hər bir sakinlə fərdi qaydada görüşüb, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında məlumatları qeyd ediblər. 3 gün ərzində 1150 seçici imzası toplanıb.

 Fevralın 19-da YAP Bərdə rayon təşkilatı imzatoplama prosesini başa çatdırıb.