YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun əsas mahiyyəti əlilliyi olan şəxslərin sosial və digər təminatlarının tənzimlənməsindən ibarətdir

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi BMT-nin,Avropa beynəlxalq təşkilatlarının, əlaqədar icra strukturlarının geniş əməkdaşlığı nəticəsində son dörd il ərzində hazırlanıb. Bu fikirlər yap.org.az saytına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri  Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Azərbaycanda fiziki qüsurlu insanların sayı bugünkü hesablamalara görə təxminən 620 min nəfər təşkil edir. Bu ölkə əhalisinin 6%-ə qədəridir. Nəzərə alsaq ki, bu faiz dünyada 10-12 civarında hesablanır və bizdə ölkə əhalisinin sayı son illər bir milyon yarıma qədər artsa belə  bu qrup insanların sayı demək olar ki, dəyişməyib.

«Buradan belə bir məntiq ortaya çıxır ki, bizdə əlilliyin reabilitasiyası və qarşısının alınması istiqamətində daha ardıcıl və sistemli iş aparılır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında”  Azərbaycan Respublikasının Qanun layihəsi çox vacib bir sferaya, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlərin  fundamental prinsiplərini özündə ehtiva edən  bir hüquqi sənəddir. Bu qanunun əsas mahiyyəti əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli həyata keçirilməsini, hüquq və azadlıqlarının etibarlı qorunmasını, dövlət orqanlarının BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına uyğun fəaliyyət göstərməsini təmin etmək, habelə onların  sosial və digər təminatlarının tənzimlənməsindən ibarətdir. Fikrimcə, bu sənəd istər əlilliyi olan şəxslərin hüquqlarını, istərsə də müvafiq icra hakimiyyəti orqanlarının vəzifələrini müəyyən etməklə yanaşı onların qarşılıqlı münasibətlərini tənzimləyəcək və bu gün üçün mövcud olan boşluqları dolduracaq»-deyə, komitə sədri qeyd edib.