YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafa rayonunda seçicilər YAP-ın imzatoplama kampaniyasında fəal iştirak ediblər

Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin müdafiəsi üçün başlanan imzatoplama kampaniyası Ağstafa rayonunda yüksək mütəşəkkillik şəraitində baş tutub.

Fevralın 18-də Ağstafa rayonunda imzatoplama kampaniyası 108-saylı Ağstafa və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsini əhatə edən kənd və qəsəbələrdə davam etdirilib. YAP Mərkəzi Seçki Qərargahının Ağstafa rayon şöbəsi tərəfindən müəyyən edilmiş imzatoplayan şəxslər kənd və qəsəbələrə gedərək evlərdə imza toplayıblar. İnsanlar cənab İlham Əliyevin müdafiəsi üçün xoş əhval-ruhiyyədə imza veriblər.