YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı imzatoplama kampaniyasını başa vurub

YAP  Xızı rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülmüş YAP Sədri, Prezident İlham Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasını başa vurub.

Rayon təşkilatının fəalları Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq hər bir sakinlə fərdi qaydada görüşüb, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında məlumatları qeyd ediblər. Rayonda yerləşən seçki dairələri üzrə nəzərdə tutulan imzalar toplanaraq sənədləşdirilib.