YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Tovuz rayon təşkilatı imzatoplama kampaniyasını uğurla həyata keçirib

Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində YAP-ın Azərbaycan Respublikası Prezidentliyinə namizədi cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi üçün seçici imzalarının toplanması kampaniyasını uğurla həyata keçirib.

Fevralın 17-də böyük mütəşəkillik və ruh yüksəkliyi ilə başlanan imzatoplama kampaniyasında rayon təşkilatında yaradılan seçki qərargahının 23 nəfər üzvü və partiya fəalları aktiv şəkildə iştirak ediblər. Fəallar 104 saylı Gədəbəy –Tovuz,105 saylı Tovuz və 106 saylı Tovuz - Qazax - Ağstafa Seçki Dairələri üzrə müəyyən olunmuş dislokasiyaya uyğun olaraq ümumilikdə  1150 seçici imzası toplayıblar.