YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almaq istəyi təqdirəlayiqdir

«Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almaq istəyi təqdirəlayiqdir. Çünki Mərkəzi Asiya regionunda baş verən proseslərin müzakirəsində iştirak etmək Azərbaycan üçün maraqlıdır». Bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.  

R.Musabəyov bildirib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almaqla daha bir dialoq meydanı əldə etmiş olur. Onun sözlərinə görə, bu təşkilata müşahidəçi statusu əldə etməklə Azərbaycan üzərinə hər hansı bir öhdəlik götürmür.

«Azərbaycan bu status əldə etməklə öz maraqlarına daxil olan məsələlərin müzakirəsi zamanı mövqe bildirmək imkanı qazanacaq. Yəni, bu təşkilat ölkəmiz üçün dialoq meydanı olacaq»- deyə, deputat qeyd edib.