YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Ermənilər tərəfindən törədilən Xocalı qətliamına dünya birliyi gərəkli münasibət bildirməlidir

«Xocalı soyqrımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı cinayətdir». Bu fikri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi amansızlığına və qəddarlığına görə bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biridir. Onun sözlərinə görə, ermənilər tərəfindən törədilən bu qətliama dünya birliyi gərəkli münasibət bildirməlidir.

«Azərbaycan dövləti, o cümlədən Heydər Əliyev Fondu bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü işlər görür. Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımı, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və bu cinayətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir. İlk olaraq  bu faciənin geniş ictimaiyyətə çatdırılmasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz Ulu öndərimizin təşəbbüsü ilə Azərbaycan parlamentində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinə istiqamətində işlərə başlanılıb. Bu gün Prezident İlham Əliyevin və respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın apardıqları məqsədyönlü siyasətin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən «Xocalıya ədalət!» kampaniyası çərçivəsində dünya ictimaiyyəti əsl həqiqətləri görür və inanır. İnanırıq ki, görülən işlər nəticəsində Xocalı qətliamını törədən cinayətkarlar gec-tez layiqli cəzalarını alacaqlar»-deyə, deputat vurğulayıb.