YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Azərbaycan diplomatik cəbhədə işğalçı Ermənistan üzərində qələbələrini davam etdirir

«Azərbaycan diplomatik cəbhədə işğalçı Ermənistan üzərində qələbələrini davam etdirir. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik üzrə xidmətinin rəhbəri Federika Mogerininin son bəyanatı da bunun təsdiqləyir». Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Brüsseldə baş tutmuş Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclasında Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik üzrə xidmətinin rəhbəri Federika Mogerini belə bir bəyanat səsləndirib. Bəyanatda bildirilir ki, Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır və Aİ onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tamamilə dəstəkləyir. Millət vəkilinin sözlərinə görə, bu çox ciddi bəyanatdır.

«Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi barədə bəyanatlar Aİ prezidenti Donald Tuskun və Mogerininin özünün də çıxışlarında dəfələrlə səslənib. Lakin “tamamilə”  sözü Avropa İttifaqının rəsmi bəyanatında ilk dəfədir ki səslənir. Mogerininin bəyanatı Avropa İttifaqının tərəfdaş ölkələrin, ələlxüsus Azərbaycanın ərazi bütövlüyünün qorunması probleminə yanaşmada keyfiyyətcə yeni yanaşmanın məntiqi davamıdır. Bu bəyanat işğalçı Ermənistanı və onu dəstəkləyən qüvvələri çox narahat edir. Ona görə də,  erməni lobbisi beynəlxlq miqyasda ölkəmizin beynəlxalq müstəvidə nüfuzuna zərbə vurmaq üçün çalışır. Təəssüf ki, bu prosesdə sapı özümüzdən olan baltalarımız da var. Amma bütün hallarda onlar öz məqsədlərinə nail ola bilməyəcəklər»-deyə, deputat qeyd edib.