YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

“700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Ağdam rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar “700 min  ağac əkək” kampaniyası çərçivəsində  YAP Ağdam rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası davam etdirilib.

Aksiyada YAP Ağdam rayon təşkilatının fəalları, ilk partiya təşkilat sədrləri və YAP üzvləri iştirak ediblər. Rayonun Bayraq Meydanı ərazisində və Soltanbud meşəsində 920 ədəd ağac əkilmişdir. Ümumilikdə aksiya müddətində 6500 ədəd ağacın əkilməsi nəzərdə tutulmuşdur. Bu günə qədər  5620 ədəd ağac əkilmişdir.