YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: ATƏT-in Minsk qrupunun fəaliyyəti bizi qane edə bilməz

«ATƏT Parlament Assambleyasının bütün tədbirlərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı məsələləri gündəmə gətirik. İşğalçı siyasətin ölkəmizə vurduğu ziyanlar barədə avropalı parlamentarilər müntəzəm olaraq məlumatlandırılır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin komitə sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Ermənistan işğalçılıq siyasətinə baxmayaraq təşkilat problemə yumşaq münasibət göstərir. Onun sözlərinə görə, beynəlxalq qurumların bu cür yanaşmaları Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə sövq edir.

«Biz təşkilatın tədbirlərində bu haqda məlumat veririk və işğalçı dövlətə qarşı  ciddi tədbirlərin görülməsini tələb edirik. Amma çox zaman belə cavab alırıq ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupunun fəaliyyəti isə bizi qane edə bilməz. Həmsədrlər vaxtaşırı olaraq regiona turist səfərləri edirlər. Yəni onların səfərlərinin heç bir nəticəsi yoxdur. Deyirlər ki, məsələni hər iki tərəf razılığa gəlib həll etməlidir. Əgər biz özümüz razılığa gələcəyiksə, onda Minsk qrupu nəyə lazımdır? Ona görə də, həmsədrlərin fəaliyyəti cəmiyyətimiz tərəfindən etirazla qarşılanır. Ümidimiz dövlətimizin başçısının həyata keirdiyi siyasətədir ki, bu siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq»- deyə, E.İbrahimov vurğulayıb.