YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin qurultayı işə başlayıb

Niderland Krallığının Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin qurultayı işə başlayıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, ictimai-siyasi xadimlər, Avropa ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri, Azərbaycanın bir sıra media qurumlarının rəhbərləri qurultayda iştirak edirlər.

Nazim İbrahimov çıxışında Prezident İlham Əliyevin xaricdəki diaspor nümayəndələrimizə diqqət və qayğısı, ölkəmizlə bağlı həqiqətlərin dünyada daha intensiv şəkildə yayılmasında onların rolu barədə danışıb.

Qurultayda Əli Həsənov və Nazim İbrahimov dövlətimizin başçısı İlham Əliyevin təltif etdiyi şəxslərə mükafatları təqdim ediblər.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin və 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbirlər barədə müzakirələr aparılacaq, qurultayın idarə heyətinin hesabatı dinləniləcək, eləcə də “Azərbaycan diasporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” adlı panel keçiriləcək.