YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: Ailə təsərrüfatları ölkədə kiçik biznesin genişlənməsinə yeni imkanlar yaradır

«Sosial müdafiə sisteminin gücləndirilməsi  Azərbaycanda aparılan sosial siyasətin mühüm tərkib hissəsidir». Bu fikri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

M.Kərimli bildirib ki, əhalinin sosial cəhətdən həssas qruplarına dövlət qayğısının artırılması, onların həyat səviyyəsinin yaxşılaşdırılması diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu istiqamətdə kompleks və ardıcıl tədbirlər həyata keçirilir.

«Bütün bunlarla yanaşı, özünüməşğulluq proqramı çərçivəsində qurulan ailə təsərrüfatları ölkədə kiçik biznesin genişlənməsinə yeni imkanlar yaradır»-deyə, nazir müavini vurğulayıb.