YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Pirallahıda “700 min ağac əkək “ kampaniyası davam edir

Yeni Azərbaycan Partiyası Pirallahı  rayon təşkilatı  partiyanın yaranmasının  25 illik  yubileyi münasibətilə  “ 700 min ağac əkək “ kampaniyası çərçivəsində  yeni salınacaq parkda 400-dən çox zeytun və şam ağacı əkmişdir. Aksiyada YAP Pirallahı rayon təşkilatının fəalları,  ərazi ilk partiya təşkilat sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bu kampaniyada  təbiətin və ekoloji mühitin  mühafizəsi , biomüxtəlifliyin  qorunması  istiqamətində  çox saylı  tədbirlər və layihələr həyata keçirilir.                       

Gələcəkdə də bu cür aksiyaların davam etdirilməsi nəzərdə tutulmuşdur.