YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Biləsuvar rayon təşkilatında “700 min ağac əkək” kampaniyası uğurla başa çatmışdır

YAP Biləsuvar rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində  növbəti ağacəkmə kampaniyası keçirmişdir.

 Qeyd edək ki, meşə mühafizəsi və bərpası müəssisəsinin Xırmandalı kəndi və rayonun Aqro park  ərazisində   1000 ədəddən çox nar ağacı əkilib. Beləliklə YAP Biləsuvar rayon təşkilatı ağacəkmə kampaniyasında 5 mindən çox ağac əkərək bu işi müvəfəqiyyətlə həyata keçirmişdir.

Ağacəkmə kampaniyasında YAP Biləsuvar rayon təşkilatının fəalları və ictimayyət nümayəndələri yaxından iştirak etmişlər