YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə Böyük Britaniya parlamentinin nümayəndələri ilə görüş keçirilib

Sentyabrın 17-də Milli Məclisdə Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Böyük Britaniya parlamentinin nümayəndə heyəti ilə görüşüblər.

Görüşdə işçi qrupun rəhbəri Çingiz Əsədullayev iki ölkə arasında parlamentlərarası əlaqələrin fəal olduğunu deyib. Ç.Əsədullayev Azərbaycanda son illərdə bütün sahələrdə, o cümlədən iqtisadi sahədə müşahidə olunan inkişafdan söhbət açıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq bildirib ki, beynəlxalq ictimaiyyət bu problemin həllinə laqeyd yanaşmamalıdır.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan-Böyük Britaniya əlaqələrinin genişləndirilməsində qanunverici orqanların əməkdaşlığının rolundan danışıb.

Böyük Britaniya parlamentinin üzvü Toni Boldri ölkələrimiz arasındakı dostluq əlaqələrini məmnunluqla qeyd edib. O, iqtisadi sahədə uğurlu əlaqələrin mövcud olduğunu, gələcəkdə yeni istiqamətlərdə əməkdaşlığın qurulması üçün yaxşı imkanların olduğunu deyib.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın yaradılması və genişləndirilməsi məsələləri müzakirə olunub.