YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycanla İran arasında ticarət dövriyyəsi 2017-ci ildə 16 faiz artıb

Azərbaycanla İran arasında ticarət dövriyyəsi 2017-ci ildə 16 faiz artıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu barədə iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının səhiyyə, müalicə və tibbi təhsil nazirinin birinci müavini İrəc Hərirçi ilə görüşündə deyib.

Azərbaycan-İran iqtisadi əlaqələrinə, əməkdaşlıq perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə, eləcə də səhiyyə sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, son 4 ildə yüksək səviyyəli 10 görüş keçirilib, müxtəlif tərkibli nümayəndə heyətlərinin 100-dən çox qarşılıqlı səfəri həyata keçirilib, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11 iclası təşkil olunub. Yaxın zamanlarda Dövlət Komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır.

Şahin Mustafayev qeyd edib ki, ticarət dövriyyəsi 2017-ci ildə 16 faiz artıb. Azərbaycan və İran investisiya qoyuluşu sahəsində də əməkdaşlıq edir, Azərbaycanda İran şirkətləri uğurla fəaliyyət göstərir.

Ölkələrimiz “Şimal-Cənub” nəqliyyat dəhlizi, Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodu, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu və s. kimi layihələr çərçivəsində də əməkdaşlıq edir. İranın tibb sahəsində ixtisaslaşmış bir sıra ali təhsil müəssisələrinin rəhbərləri Azərbaycanda səfərdə olub, Azərbaycanın Tibb Universiteti ilə Təbriz Tibb Universiteti arasında memorandum imzalanıb. Nazir Şahin Mustafayev qeyd edib ki, İran tərəfindən Azərbaycanda xəstəxananın yaradılması, İran həkimlərinin ölkəmizdəki xəstəxanalarda fəaliyyəti də mümkündür. Eyni zamanda, əczaçılıq məhsullarının istehsalı sahəsində İranın digər dərman istehsalı müəssisələri ilə də əlaqələr qurula bilər.

İran İslam Respublikasının səhiyyə, müalicə və tibbi təhsil nazirinin birinci müavini İrəc Hərirçi son illərdə ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. İranın tibb və dərman istehsalı sahələrində təcrübəsini qeyd edən İrəc Hərirçi ölkəmizlə birgə əczaçılıq məhsulları istehsalı müəssisəsinin yaradılmasının İran tərəfindən dəstəkləndiyini vurğulayıb. Bundan başqa, tibbi təhsil, təcrübə mübadiləsi sahəsində birgə əməkdaşlıq üçün də geniş imkanlar mövcuddur.

Görüşdə Azərbaycanda birgə dərman istehsalı, müalicə işinin birgə təşkili, səhiyyə sahəsində birgə elmi-tədqiqatların aparılması, tibbi kadrların hazırlanması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 

DİGƏR Xəbərlər Arxiv