YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Azərbaycan məqsədyönlü siyasət sayəsində Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir

«Əlverişli coğrafi mövqeyə malik Azərbaycan tranzit-logistika imkanlarından daha səmərli istifadə etmək üçün nəqliyyat sektoruna ciddi önəm verir». Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, bu sahədə müasir infrastruktur yaradılmasına böyük həcmlərdə sərmayələr yönəldilir. Onun sözlərinə görə, 2017-ci ildə nəqliyyat sektorunda ölkəmizin fəal iştirakı ilə reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolunun açılması mühüm tarixi hadisəyə çevrildi. Bakı-Tbilisi-Qars dəmir yolu strateji əhəmiyyətli layihədir.

«Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə Azərbaycan üzərindən daşımaların həcmi əhəmiyyətli dərəcədə artacaq. Ölkəmiz yeni nəqliyyat arteriyası vasitəsi ilə uzaq Çindən Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yükləri qəbul etmək və onlara yük göndərmək imkanı əldə edəcək. Tranzit məkan kimi ölkəmizin mövqeyini gücləndirən həm də o cəhətdir ki, buradan Şərq-Qərb marşrutuna paralel Şimal-Cənub dəhlizi keçir. Ölkəmizin ərazisindən keçən bu dəhliz Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan Şərq-Qərb marşrutunda olduğu kimi, Şimal-Cənub dəhlizinin yaradılmasında da üzərinə düşən bütün işləri yüksək səviyyədə yerinə yetirir. Hazırda dəhlizin ayrı-ayrı hissələrinin tikintisi cədvəl üzrə davam etdirilir.
Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm bir seqmentini isə Azərbaycanın və İranın dəmir yolu xətlərinin birləşdirilməsi təşkil edir. Bu və ya digər layihələr tranzit ölkə kimi Azərbaycanın mövqeyini gücləndirir. Ölkədəki möhkəm daxili sabitlik, dövlətin güclü siyasi iradəsi, yaradılan yüksək səviyyəli infrastruktur respublikamızın beynəlxalq daşımalar üçün cəlbediciliyini getdikcə daha da artırır. Bütün bunlar göstərir ki,  Azərbaycan məqsədyönlü siyasət sayəsində Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir»-deyə, deputat vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv