YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Məsimli: İqtisadiyyatın müxtəlif istiqamətlərindəki tərəqqi reytinqimizin artmasında mühüm rol oynayır

Azərbaycanın Dünya İqtisadi Forumunun  rəqabət qabiliyyətlilik reytinqində yüksək mövqeyi iqtisadiyyat sahəsində həyata keçirilən tədbirlərin davamlılığının və irimiqyaslı layihələrin səmərəliliyinin məntiqi nəticəsidir. Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib.

Ə. Məsimli bildirib ki, bu fakt ölkəmizin iqtisadi inkişafının əyani göstəricisidir və əhəmiyyətlidir. Onun sözlərinə görə, iqtisadiyyatın müxtəlif istiqamətlərindəki tərəqqi reytinqimizin artmasında mühüm rol oynayır.

 «Həmçinin, Azərbaycan iqtisadiyyatının dayanıqlığı və davamlılığı özünü 2008-ci ilin qlobal maliyyə-iqtisadi böhranından postsovet ölkələri ilə müqayisədə daha az zərərlə çıxması ilə göstərdi. Azərbaycanın qlobal rəqabət qabiliyyətliliyi reytinqində mövqeyinin yüksəlməsi digər mötəbər qurumların reytinq araşdırmalarında da ölkəmizin göstəricilərinə, xüsusən, Azərbaycanın suveren reytinqinə, kredit reytinqlərinə müsbət təsir göstərəcək»- deyə, komitə üzvü qeyd edib.