YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Kerol Krofts: Azərbaycan Britaniya üçün əhəmiyyətli tərəfdaşdır

Azərbaycan Britaniya üçün əhəmiyyətli tərəfdaşdır. İki ölkə arasında yaxşı əlaqələr mövcuddur. Birləşmiş Krallıq artıq uzun illərdir ki, Azərbaycanda ən böyük xarici investordur.

Bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts öz iqamətgahında Novruz bayramı münasibətilə keçirilən tədbirdə deyib.

Səfir Novruz bayramını baharın gəlişi, təbiətin oyanışı kimi səciyyələndirib.

Ötən il “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinin 2050-ci ilə qədər uzadıldığını xatırladan diplomat bildirib ki, bu, əsrin ortalarına qədər BP-nin Azərbaycanda fəaliyyət göstərməsi deməkdir. Bu, eyni zamanda, Xəzər dənizində yeni investisiya imkanları, iş yerləri və inkişaf deməkdir. Azərbaycanda Britaniyanın beş yüzə yaxın şirkəti, dörd minə yaxın vətəndaşı fəaliyyət göstərir. Biz Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə də kömək göstərməyə çalışırıq. Azərbaycanın hazırda nəqliyyat dəhlizi və qovşağı kimi çox mühüm mövqeyi var. Biz bundan regionun təhlükəsizliyi və inkişafı üçün faydalanmaq istəyirik.

Tədbirdə milli adət-ənənələrə uyğun olaraq masalara xonça və səmənilər düzülüb, bayram süfrəsi açılıb.

 

DİGƏR Xəbərlər Arxiv