YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycanda peşə təhsilinin inkişafını müasir tələblərə uyğunlaşdırmaq zəruridir

«Azərbaycanda peşə təhsilinin inkişafını müasir tələblərə uyğunlaşdırmaq zəruridir. Hazırda  bu sahədə müvafiq addımlar atılır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, görülən işləri sürətləndirmək, peşə təhsili ixtisasına diqqəti daha da yüksəltmək lazımdır. Onun sözlərinə görə, çünki peşə ixtisas təhsilinin inkişafı günün tələbidir.

«Bilirsiniz ki, bu gün Azərbaycan sosial-iqtisadi cəhətdən sürətlə inkişaf edir. Ona görə də, bizə müxtəlif peşələr üzrə  ixtisaslı kadrlar lazımdır. Ölkəmizin hər yerində tikinti-quruculuq işləri gedir, neft sənayesi inkişaf edir, turizm sahəsində yeni-yeni nailiyyətlər qazanılır, regionlarda müasir standartlara cavab verən müəssisələr açılır və s. Bütün bunlar üçün təbii ki, ixtisaslı kadrlara ehtiyac duyulur. Bu gün də texniki peşə məktəbləri ölkə üzrə fəaliyyət göstərir. Amma onlar müasir standartlara cavab verməlidir, emalatxanalar yaradılmalıdır ki, ən müasir avadanlıqlarla təhciz edilməlidir. Belə emalatxanalar olmasa, yüksək ixtisaslı kadrların hazırlanması mümkün deyil»- deyə, R.Əliyev qeyd edib.

DİGƏR Xəbərlər Arxiv