YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kosta-Rikadakı Expotur-da Azərbaycan da təmsil olunacaq

Aprelin 25-27-də Kosta-Rikada keçiriləcək Expotur turizm yarmarkasında Azərbaycan da iştirak edəcək.

Dünyanın 44 ölkəsindən nümayəndələrin qatılacağı yarmarkanın keçirilməsində əsas məqsəd iştirakçılar arasında turizm, qastronomiya, biznesin müxtəlif sahələri üzrə yeni işgüzar əlaqələrin qurulmasına kömək etməkdır. Üç gün ərzində mehmanxana sənayesinin, turoperatorların, aviaşirkətlərin, tibb müəssisələrinin və turizm müəssisələrinin nümayəndələri əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.